Millət vəkili Litva mediasına I Avropa Oyunlarından danışdı - FOTO

3 İyun 2015 15:12 (UTC+04:00)


AzNews.az xəbər verir ki, məqalə Azərbaycan Milli Məclisinin deputatı, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevin fikirləri əsasında hazırlanıb.
Millət vəkili belə mötəbər yarışın keçirilməsinin əhəmiyyətini qeyd edərək, bunun əsasən Azərbaycanın Avropada tanıdılmasına kömək edəcəyini vurğulayıb.
O, portal əməkdaşına Azərbaycanın son illər qazandığı uğurların ulu öndər Heydər Əliyevin davamçısı, prezident İlham Əliyevin prinsipial siyasəti ilə bağlı olduğunu söyləyib.

Məqalədə həmçinin, Litvadan Azərbaycana gələcək idmançıların adları yer alıb.

Məqalə ilə tanış olmaq istəyənlər bu linkə daxil ola bilərlər:
http://etaplius.lt/siaulieciai-sieks-medaliu-pirmosiose-europos-olimpinese-zaidynese-baku