Latviya parlamenti prezident seçir

3 İyun 2015 15:46 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "korrespondent" saytı yayıb.

Məlumata görə, deputatlar prezidentliyə namizəd kimi irəli sürülən 4 nəfər arasında seçim aparacaq.

Gizli səsvermə ilə baş tutacaq seçkidə 51 deputatın səsini qazanan şəxs ölkə prezidenti olacaq.

Qeyd edək ki, ilk səsvermədə namizədlərin heç biri lazım olan səsi toplaya bilməyiblər.

Ölkənin hazırkı prezidenti Andris Berzinş öz namizədliyini irəli sürməyib.