Türkiyə hava məkanını Suriyaya bağladı

15 Oktyabr 2012 07:05 (UTC+04:00)
Suriyanın Türkiyə üzərindən hava reyslərini dayandırmasına rəsmi Ankara analoji addımla cavab verib.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Xarici İşlər naziri Əhməd Davutoğlu məsələ il bağlı açıqlama verib. O. bildirib ki, aviareyslərin dayandırılması ilə bağlı Əsədin verdiyi qərar Türkiyə üçün heç bir əhəmiyyət kəsb etmir.

Qeyd edək ki, Suriya Türkiyə ilə hava sərhədini təyyarə olayından sonra bağlamışdı.

Sadiq Musa
AzNews.az