Gədəbəy sakini intihara cəhd etdi

3 İyun 2015 20:46 (UTC+04:00)


APA-nın qərb bürosunun verdiyi məlumata görə Gədəbəy rayon sakini, 1980-ci il təvəllüdlü Elşad Əliyev ağır zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdirilib. Dərhal tibbi yardım göstərilən 35 yaşlı E. Əliyevin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Araşdırma zamanı məlum olub ki, E. Əliyev ailə münaqişəsi zəminində həşərat əleyhinə işlədilən kimyəvi maddə içərək intihara cəhd edib.