Azərbaycan Kuboku meydançaya paraşütlə gətirildi - FOTO+VİDEO
3 İyun 2015 23:01 (UTC+04:00)
AzNews.az PFL-in saytına istinadən xəbər verir ki, Nəsib Nurun aparıcısı olduğu məclis Röyanın iştirakı ilə konsert proqramı ilə davam edib.
Ən həyəcanlı an is Kubokun paraşütlə meydançanın mərkəzinə gətirilməsi olub. Azərbaycan bayrağına boyadılmış paraşüt meydançanın mərkəzinə enib və paraşütçü Kuboku müvafiq şəxslərə təqdim edib.
Azərbaycan Respublikasının dövlət himnini isə stadiona toplaşanlar müğənni Azərinlə birgə səsləndirdilər.