Ərdoğan “Qalatasaray”ı təbrik etdi

4 İyun 2015 09:55 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumat "f5haber" saytında yer alıb.

Məlumata görə, prezident klubun başqanı Özbekə teleqram göndərib.

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Qalatasaray" futbol klubunu Ziraat Türkiyə Kubokunu qazanması münasibətilə "Qalatasaray" İdman Klubunun prezidenti Dursun Özbekə bir təbrik teleqramı göndərib", - deyə Prezident Administrasiyasından bildiriblər.

Qeyd edək ki, Bursa Atatürk Stadionunda keçirilən Kubok oyununda "Qalatasaray" rəqibini 3-2 hesabı ilə məğlub edib.