“Gəlib-getmiş ən yaxşı oyunçu”
15 Oktyabr 2012 07:30 (UTC+04:00)
"Barselona"nın kapitanı Xavi komanda yoldaşı Leonel Messinin dünyanın gəlib-getmiş ən yaxşı oyunçu olduğunu deyib.
Xavi "Radio Catalunya"ya verdiyi reportajda Messi üçün "O soyunub-geyinmə otağında ən sakitimizdi. Çox fərqli biridir. Şübhəsiz bir nömrədir. Hətta mənə görə gəlib-getmiş ən yaxşı futbolçudur. Ortaya qoyduğu oyun Ronaldonun oyunundan çox önəmlidir." fikirlərini söyləyib.
Elman Bakuvi
AzNews.az