SİM kartların sayı dünya əhalisinin sayına yaxınlaşır

4 İyun 2015 11:00 (UTC+04:00)

AzNews.az İCTnews-a istinadən xəbər verir ki, analitiklərin fikrincə, dünyada real abunəçilərin sayı təxminən iki dəfə azdır (4,9 milyard).

Bu, bir nəfərin bir neçə SİM kartdan istifadə edə bilməsi ilə izah edilir.

Cari ilin birinci rübündə yeni qoşulmaların sayı 108 milyon olub. Qoşulmaların sayına görə lider Hindistandır (+26 milyon). Sonrakı yerlərdə Çin (+10 milyon), Myanma (+5 milyon), İndoneziya (+4 milyon) və Yaponiya (+4 milyon) qərarlaşıb.