Hollandiyalı siyasətçidən Peyğəmbərlə bağlı ilginc təklif

4 İyun 2015 11:37 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Azadlıq Partiyasının başçısı olan və tez-tez İslam dininə, kütləvi miqrasiyaya qarşı çıxışlar edən Wilders parlament karikaturaları öz binalarında nümayiş etməkdən boyun qaçırdığı üçün belə bir addım atdığını deyib.

O, həmçinin Quranın Hollandiyada qadağan edilməsinə çağırışlar səsləndirib.


2014-cü ilin dekabrında ölkənin Mərakeşli icmasına qarşı irqi ədavəti qızışdırdığına görə ona qarşı cinayət işi açılıb.

Ötən ay Texasda karikaturaların nümayiş etdirildiyi tədbirə iki silahlı şəxs hücum etmişdi. Həmin tədbirdə əsas məruzəçi Wilders idi. Bir polisin yaralandığı hücumda, hər iki hücumçu öldürülmüşdü.

Bu ilin yanvarında Fransada Məhəmməd Peyğəmbərin karikaturalarını yayımlayan satirik "Charlie Hebdo" jurnalının Paris redaksiyasına silahlıların hücumu nəticəsində 12 nəfər öldürülmüşdü.