İlham Əliyev səfirin etimadnaməsini qəbul etdi

4 İyun 2015 12:09 (UTC+04:00)

Səfir Xuan Rodrigo Labardini Flores fəxri qarovul dəstəsinin qarşısından keçib.

Xuan Rodrigo Labardini Flores etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Görüşdə Azərbaycan-Meksika əlaqələrinin hazırkı vəziyyəti və gələcəyi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.