Daha bir oyunçu sıradan çıxdı

15 Oktyabr 2012 07:45 (UTC+04:00)
"Real Madrid"in ulduz oyunçusu Marselo ayağının qırılması səbəbilə 3 ay yaşıl meydanlardan kənar qalacaq. Goal.az yazır ki, müdafiəçi milli komanda ilə keçirdiyi təlim-məşq toplantısında çıxdığı son məşqində zədədən yaxa qurtara bilməyib.

Oyunçunun zədələnməsini "Braziliya Futbol Federasiyası" da təsdiqləyib. Müayinə olunarkən jurnalistlərə müsahibə verən Marselo "tezliklə dönəcəm" deyib.

Elman Bakuvi
AzNews.az