İdmançılarımızın Avropa Oyunları üçün geyimləri - FOTO
4 İyun 2015 13:51 (UTC+04:00)
AzNews.az buro247.az-a istinadən xəbər verir ki, iyunun 12-də baş tutacaq təntənəli açılış mərasimində idmançılarımız göy rəngli kostyumlarda olacaqlar. Ağ köynəklərlə əlvan qalstuklar komandamızın geyimini daha da gözəlləşdirəcək. Geyimlər artıq açılış mərasimində iştirak edəcək idmançılara təqdim olunub. Hər bir idmançıya həm rəsmi parad, həm də adi günlərdə istifadə olunacaq iki dəst geyim verilib.

Qeyd edək ki, ilk Avropa Oyunlarının açılış mərasimi iyunun 12-də keçiriləcək. Mərasim saat 20:15-də başlayacaq və 3 saat davam edəcək.