Rayonların mərkəzdən iqtisadi asılılığına son qoyulacaq

15 Oktyabr 2012 08:05 (UTC+04:00)


2013-cü ildən regionların mərkəzdən iqtisadi asılılığını azaltmaq üçün bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu, 2013-cü ilin dövlət və icmal büdcələrinin layihələrində nəzərdə tutulur.

Gələn ildən etibarən Sumqayıt və Abşeronda, eləcə də Şirvan şəhərində yerli gəlirlərin xərcləri tam ödəməsi gözlənilir.

Belə ki, rayon və şəhərlərin vergi potensialının artırılması, onların ərazisində fəaliyyət göstərən və mərkəzləşdirilmiş qaydada vergi uçotunda olan vergi ödəyicilərinin dövlət büdcəsinə ödəyəcəkləri vergi tam məbləğdə rayon və şəhərlərin yerli gəlirlərinə daxil edilməsi nəzərdə tutulur: "Bu isə regionların inkişafı ilə yanaşı iqtisadi durum haqqında real vəziyyəti qiymətləndirməyə imkan yaradacaq".

Elnarə Əlosmanqızı
AzNews.az