Daha 4 ölkənin nümayəndə heyəti Bakıya gəlib
5 İyun 2015 09:58 (UTC+04:00)
AzNews.az Trend-ə istinadən xəbər verir ki, artıq İspaniya, Britaniya, İsrail və İsveçin nümayəndə heyətləri Azərbaycana gəlib.
Onları Heydər Əliyev Hava Limanında "Bakı-2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri və könüllüləri qarşılayıblar.
Nümayəndə heyətləri onlar üçün ayrılmış xüsusi avtobuslarla "Media kəndi"nə yola salınıblar.
Qeyd edək ki, bundan əvvəl Portuqaliya, Almaniya və İrlandiya idmançıları Azərbaycana gəlib.