Dağıstanda daha bir imam öldürüldü

15 Oktyabr 2012 08:15 (UTC+04:00)
Dağıstanın Üçkent kəndində yerli məscidin imamı qətlə yetirilib. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 3 silahlı şəxs 60 yaşlı imama atəş açıblar. Din xadimi yerindəcə keçinib.

Yerli polisin verdiyi məlumata görə, cinayətkarlar VAZ-21703 və VAZ-2114 markalı avtomobillərə əyləşərək hadisə yerindən uzaqlaşıblar. Hazırda silahlı şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Sadiq Musa
AzNews.az