“İlham Mirzəyevlə yollarımız ayrıldı” – Vəkildən açıqlama

5 İyun 2015 11:24 (UTC+04:00)

Bu barədə AzNews.az-a vəkilin özü məlumat verib. Vəkil bunun səbəbini İ.Mirzəyevlə aralarında bağlanan müqavilənin başa çatması ilə əlaqələndirib:
"İlham Mirzəyevlə bağlı məhkəmə prosesləri başa çatıb. Mən bir vəkil kimi əlimdən gələni etdim. Əgər yenə də hər hansı bir məhkəmə olarsa, o zaman müqavilə bağlanmalıdır".

Xatırladaq ki, İ.Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. İ. Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bahar RÜSTƏMLİ
AzNews.az