Sabah Caz festivalı başlayır

15 Oktyabr 2012 08:30 (UTC+04:00)
Uzun zamandır ki, hazırlıq gedən Bakı Beynəlxalq Caz festivalına sabah start veriləcək. Oktyabrın 16-dan 25-dək davam edəcək festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq.

Qeyd edək ki, festivalın konsert layihələri aşağıdakı məkanlarda keçiriləcək: Heydər Əliyev Saray, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Bakı Caz Mərkəzi və Beynəlxalq Muğam Mərkəzi. Bu konsertlərdə dünyanın ən tanınmış caz ustaları və qrupları ilə birlikdə Azərbaycan musiqiçiləri çıxış edəcəklər.

Bakı Caz Festivalında çıxış edəcək azərbaycanlı sənətkarlar bunlardır: Salman Qəmbərov, Rain Sultanov, İsfar Sarabski, Emil Əfrasiyab, Natiq Şirinov, Tünzalə Ağayeva və başqaları.

Bahar Rüstəmli
AzNews.az