“Bu səhifələrdə bizi təhqir edirlər” – Əflatun Amaşov

5 İyun 2015 13:29 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu fikirləri Mətbuat Şurasının sədri Əflatun Amaşov prezidentin köməkçisi Əli Həsənovun media rəhbərləri ilə görüşü zamanı səsləndirib.

O, bu yaxınlarda özünün də təhqir olunduğunu nəzərə çatdırıb: "Kimsə bir kollaj düzəldib, mənim və bir neçə media rəhbərinin – Vahid Mustafayevin, Arif Alışanovun, Bəxtiyar Sadıxovun, Eynulla Fətullayevin şəklini birləşdirib. Altından isə ağlına gələni yazıb. Guya, hakimiyyət bizi ömürlük icarəyə götürüb. Bu şəkli də paylaşırlar, gəlib altından kim nə istəyir yazır, məmurları təhqir, ailəsi barədə bilib-bilmədən yazırlar. Belə səhifələr bağlnmalıdır. Əks halda Facebook rəhbərliyi ilə danışıqlar aparılmalıdır".

Əli Həsənov isə onları bu kimi hallara fikir verməməyə çağırıb.