Sabahın hava proqnozu - Güclü külək, yağış, 36 dərəcə isti

5 İyun 2015 13:43 (UTC+04:00)

Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında yarımadanın bəzi yerlərində güclənəcək.

Havanın temperaturu gecə 19-23, gündüz 26-31 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 6-da əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz
İyunun 6-7-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun bir qədər enməsi müsbət amildir.