Yaşayış minimumu 25 dollar artırıldı - Rusiyada

5 İyun 2015 15:41 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Məlumata görə, müvafiq qərarı baş nazir Dmitri Medvedev imzalayıb.

Beləliklə, ilin ilk rübündə ölkə üzrə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 17,1, təqaüdçülər 16,7 və uşaqlar üçün 20,1 faizədək artırılıb.

Ölkə üzrə federal minimumun səviyyəsi ildə 4 dəfə müəyyənləşdirilir.

Onun hesablanmasında bir ay ərzində yaşayış, ərzaq və geyim kimi müxtəlif tələbatların qarşılanması üçün məsrəflər əsas götürülür.

Son hesablamada geyim xərcləri ərzaq ödənişlərinin yarısını təşkil edib.

Qiymətlər "Rosstat" statistika kömitəsinin verdiyi rəqəmlərə əsaslanır.

Yaşayış minimumu əhalinin rifah səviyyəsinin dəyərlədirilməsində mühüm alətlərdən biri hesab olunur.

Bununla yanaşı o, sosial proqramların işlənilməsi, minimum əmək haqqı, təqaüd və təzminatların müəyyənləşdirilməsində tətbiq edilir.