İtaliyalı senatorlar Multikulturalizm Mərkəzinin qonağı olub - Foto

5 İyun 2015 19:08 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi Anna Bayramova və BBMM icraçı direktoru Azad Məmmədov qonaqlarla görüşüb.
Görüşdə Anna Bayramova Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti və Azərbaycanda olan multikulturalizm siyasəti haqında məlumat verib. Dövlət müşavirliyi xidmətinin əməkdaşı Azərbaycanda bütün etnik qruplar və müxtəlif dinlərə mənsub olan insanlar sülh içində yaşadıqlarını, Azərbaycanda məscidlərin, kilsələrin və sinaqoqların mövcud olduğunu bildirib.

Mərkəzin icraçı direktoru Azad Məmmədov qonaqlara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti və həyata keçirdiyi layihələri barədə məlumat verib. İcraçı direktorMərkəzin yaranmasının əsas məqsədlərindən biri kimi Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin dünyaya tanıtmaq olduğunu qeyd edib. Bu məqsədlə Multikulturalizm Mərkəzinin həyata keçirdiyi layihələr barədə söhbət açan Azad Məmmədov "Azərbaycan multikulturalizmi" fənninin 7 xarici ölkə universitetlərdə tədrisi barədə qonaqlara ətraflı məlumat verib və bu universitetlərin sırasında İtaliyanın La Sapienza universitetinin də olduğunu vurğulayıb. Növbəti semetrdan digər Avropa univesitetlərində də bu fənnin tədrisinin başlayacağını bildirib.

Qonaqlar öz növbələrində İtaliyda multikulturalizm tarixindən bəhs edib və bu multikulturalizmin həm tarixi, həm də muasir dövrlərə aid durumu barədə fikirlərini bölüşüblər. İtaliyada bir çox millətlərin nümayəndələrinin yaşadıqlarını və hər bir bölgədə müxtəlif dialektlərdə danışıldığını qeyd edən senatorlar, müxtəlif yerlərin ənənələrinin tədris proqramlarında öyrənildiyini qeyd ediblər.

Görüşdə qonaqlara Azərbaycan multikulturalizmi haqqında videofilm nümayiş etdirilib.