Diplomatik orqanlarda təhsil müşavirləri

15 Oktyabr 2012 08:59 (UTC+04:00)
İlk dəfə olaraq 2013-cü ilin dövlət büdcəsində Azərbaycanın bəzi xarici ölkələrdəki diplomatik orqanlarında təhsil məsələləri üzrə müşavirlərin fəaliyyəti ilə bağlı xərclər nəzərdə tutulub.

Həmçinin "UNİSEF" tərəfindən yeni 10 həftəlik pilot layihə kimi məktəbə hazırlıq təhsilinin yeni modelinin tətbiqi ilə bağlı xərclər üçün müvafiq məbləğdə vəsait də ayrılacaq. Eyni zamanda, 2013-cü il dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərində də təhsil təyinatlı infrastrukturlara aid olan investisiya layihələri üzrə müvafiq məbləğdə vəsaitin nəzərdə tutulduğu bildirilir.

Son 5 ildə (2009-2013-cü illər) dövlət büdcəsinin təhsil xərcləri 382,5 milyon manat artıb.

Elnarə Əlosmanqızı
AzNews.az