Xorvatiya “Bakı-2015”də 107 atletlə təmsil olunacaq
6 İyun 2015 12:11 (UTC+04:00)
Trend xəbər verir ki, komandaya olimpiya mükafatçıları Snjezana Pejcic və Lucia Zaninoviç başçılıq edəcəklər.
S.Pejcic 2008-ci il Pekin Olimpiadasının 10 metr məsafəyə atıcılıq, L.Zaninoviç isə 2012-ci il London Olimpiadasının taekvando üzrə bürünc mükafatçılarıdır.