Müğənnilər Naxçıvana konsert verməyə gediblər, yoxsa... – FOTOSESSİYA

15 Oktyabr 2012 09:10 (UTC+04:00)
Oktyabrın 12-də Naxçıvan Muxtar Respublikasında keçirilən "Xalq konserti" adlı konsert proqramı zamanı maraqlı məqamlar olub. AzNews.az-ın məlumatına görə, səhnə arxasında Könül Kərimovanın Xalq artisti, müğənni Brilliant Dadaşova və müğənni Günel Məhərrəmovayla təkbətək söhbətləşməsi fotoqrafların diqqətindən yayınmayıb.

Maraqlı görüntülərə səbəb olan müğənnilərin görüşməsiylə bağlı Günel Məhhərrəmovanın prodüseri Səbuhi Arif AzNews.az-a danışıb. O, bildirib ki, Bakıdan Naxçıvana Könül Kərimova, Cabbar Musayevlə birlikdə gediblər və xoş təəssüratlarla paytaxta qayıdıblar:

"Müğənnilər çox mehriban münasibətdədirlər. Onların söhbətləri yaradıcılıq işləriylə bağlı olub. Ümumiyyətlə, müğənnilər Naxçıvanda olanda ticarət mərkəzini, şəhəri birlikdə gəziblər".

Qeyd edək ki, konsertin aparıcı tanınmış teleaparıcı Nanə Ağamalıyeva olub. Konsert proqramında müğənnilər Rəhim Rəhimli, Briliant Dadaşova, Könül Kərimova, Cabbar Musayev, Günel Məhərrəmova və Elnur Məmmədov çıxış ediblər. Həmçinin, konsert zamanı Dj Çinanın da çıxışı tamaşaçılar tərəfindən maraqla izlənilib.

AzNews.az müğənnilərin səhnəaraxsı görüşləri və konsert zamanı çəkilən şəkilləri təqdim edir.

Fuad Mədətov
AzNews.az