“Barselona” və “Yuventus”un baş məşqçilərindən Açıqlama

6 İyun 2015 12:35 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Luis Enrike topa daha çox "Barselona"nın sahib olacağını deyib: "Düzdür, "Yuventus" da buna çalışacaq. Ancaq onlar fərqli oyun üslubu da seçə bilərlər".



"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri isə oyun öncəsi bunları deyib:

"Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Qalib bir oyunla müəyyənləşəcək. Ona görə də fiziki və psixoloji cəhətdən hazır olmalıyıq. Çox güclü rəqiblə qarşılaşacağıq, amma "Barselona"nın da zəif yerləri var".