Kitab nəşrinə 5 milyon manat ayrılacaq

15 Oktyabr 2012 09:17 (UTC+04:00)
2013-cü ildə elm xərclərində latın qrafikalı kitabların çap edilməsi üçün 5 milyon manta vəsaitin ayrılması nəzərdə tutulur. Həmçinin elmi-tədqiqat layihələrinin Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu vasitəsi ilə həyata keçirilməsi üçün 7 mln. manat , elmi obyektlərin yenidən qurulması və əsaslı təmiri üçün 3 mln. manat , elmi-tədqiqat müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsi üçün 3 mln. manat və digər tədbirlərin həyata keçirilməsi üçün vəsait planlaşdırılır.

Məlumat üçün bildirək ki, son 5 ildə (2009-2013-cü illər) dövlət büdcəsinin cari xərclərində elm xərcləri 45,9 mln. manat və ya 55,2 faiz artıb.

Elnarə Əlosmanqızı
AzNews.az