Təyyarə istehsal edən türk qadın milyarderlər siyahısına düşdü

6 İyun 2015 20:51 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "hurriyet" qəzeti yayıb.

Məlumata görə, Eren Özmen Türkiyənin yerli təyyarə layihəsində iştirak edən Almaniyanın "Dornier 328" təyyarə firmasını alıb.

Siyahıya həmişə olduğu kimi uzun müddət ABŞ-da yaşayan və sərvətlərini tamamilə özləri qazanan qadınların adları salınır.

ABŞ-da "Sierra Nevada Corporation" aviasiya şirkətinin sahibi olan və şirkəti həyat yoldaşı Fateh Özmenlə birlikdə quran Eren Özmen siyahıya daxil olan yeganə türk olub.

Nevada Universitetində biznes idarəçiliyi sahəsində ali təhsili olan və sözügedən şirkətdə işə başlayan Eren Özmen həyat yoldaşı ilə birlikdə çalışdıqları SNC-ni 1994-cü ildə satın alıb. Özmen iki şirkəti böyüdərək ABŞ-ın 18 ştatında 15 texnologiya firması ilə yanaşı, Avropada da "Dornier 328" təyyarə firmasını alıb.

İllik 1,5 milyard dollarlıq dövriyyəyə malik olan şirkət fevral ayında da "328 Support Services Gmbhö" şirkətini də satın almışdılar. Beləliklə, şirkət "Dornier 328"in bütün mülkiyyət hüquqlarını əldə edib.

Özmen hazırda kosmosa qalxan və təyyarə kimi də normal hava limanlarına enə bilən bir kosmos gəmisinin istehsalı ilə məşğul olur.