Azərbaycanlı jurnalistdən ukraynalıya təklif: “Gəlsin, Bakıda bizdə qalsın”

6 İyun 2015 23:54 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu sözləri "Qafqazinfo" saytının başqanı, jurnalist Elbrus Ərud özünün Facebook səhifəsində yazıb.

"Dünən imtahanda müəllimə dedi ki, atam I Avropa Oyunlarına bilet alıb, amma hələ Bakıda sərfəli otel tapa bilmir. Özümü saxlaya bilmədim və dedim ki, gəlsin, bizim evdə qalsın", - deyə Elbrus Ərud bildirib.

Jurnalist daha sonra bunları qeyd edib: "İdman jurnalisti olan tələbə yoldaşım isə akkreditasiyadan keçdiyini deyərək sevincindən atılıb düşürdü. Mən bunlara nə deyəcəyimi bilmirdim. Deyəsən, doğrudan ciddi məsələdir".