FİFA-nın vitse-prezidentinin fırıldağı sübut edildi – 10 milyon dollar

7 İyun 2015 20:21 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Karib hövzəsinin Cənubi Afrika icması arasında futbolun dəstəklənməsinə nəzərdə tutulmuş pul vəsaiti Jack Warnerin nəzarət etdiyi bank hesablarına Cənubi Afrika Respublikası adından köçürülüb.

Bu sənədlərdən belə nəticəyə gəlmək olar kı, Jack Warner həmin pul vəsaitindən nəğd pul çıxarılmağa, götürdüyü bank kreditlərini ödəməyə və pul yuyulması kimi məqsədlər üçün istifadə edib.

ABŞ-ın Federal Təhlükəsizlik Bürosu Trinidad və Tobaqodan olan 72 yaşlı siyasətçini korrupsiya cinayətlərində şübhəli sayır.

Jack Warner ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

2008-ci ildə Jack Warner Şimali və Mərkəzi Amerika, Karib hövzəsi ölkələrinin futbol təşkilatları assosiasiyasının rəhbəri olduğu dövrdə həmin təşkilatın hesabına 10 milyon dollar pul vəsaiti köçürülüb.

Sənədlərə görə, həmin vəsaitdən 4,86 milyon dollar Trinidadın JTA Supermarkets iri supermarketlər şəbəkəsinə köçürülübmüş.

ABŞ prokurorlarının iddiasına görə həmin pulun böyük hissəsi sonradan yerli valyutada Jack Warnerə qaytarılıb.