Fətullah Gülənin kəndində MHP qalib gəldi
7 İyun 2015 22:52 (UTC+04:00)
Bu seçkilərdə, hazırda ABŞ-da yaşayan Fətullah Gülənin doğulduğu Ərzurumun Pasinlər bölgəsinin Meşəbəyi kəndində MHP qalib gəlib.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "hurriyet" qəzeti yayıb.
1052 saylı seçki qutusundan127 seçici MHP-yə, 41-i isə AK Partiyaya üstünlük verib.
Ərzurumdan 25 kilometr uzaqlıqda yerləşən və 220 seçicisi olan Meşəbəyi kəndində 196 nəfər səs verib.