Türkiyədə kürdlərlə polis arasında qarşıdurma - 20 nəfər saxlanıldı

8 İyun 2015 13:07 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "f5haber" saytı yayıb.

Məlumata görə, HDP partiyasının fəalları olan kürdlər Muş Mərkəzi Seçki Komissiyasının binası önünə toplaşaraq HDP-lilərin səslərinin oğurlandığı iddiasıyla polislə mübahisə edib.

Qısa müddətdə böyüyən gərginliyin yatırılması üçün hüquq-mühafizə orqanları gözyaşardıcı bibər qazından istifadə edib.

İnsident zamanı 20 nəfər həbs olunaraq polisə aparılıb.

Polis ədliyyə binası önündə geniş təhlükəsizlik tədbirləri alıb.