Sədrlə yoldaşı uşaqlarının gözü qarşısında öldürülüb- Qətlin təfərrüatı

8 İyun 2015 13:38 (UTC+04:00)

AzNews.az vesti.az-a istinadən xəbər verir ki, qətli törədən 1980-ci il təvəllüdlü Saray qəsəbəsi sakini Fədail Hüseynovun makler olaraq çalışdığı deyilir.

Məlum olub ki, cinayət gecə saat 1 radələrində törədilib. Cinayətkar evə daxil olarkən evdə nəinki Əbilhəsənov cütlüyü, bələdiyyə sədrinin qayınanası və qaynatası, həmçinin iki uşağı da olub. Bundan başqa, cinayətin uşaqların gözləri qarşısında törədildiyi bildirilir. Qatil əvvəlcə mərhum sədrin yoldaşına çoxlu sayda bıçaq zərbələri endirib, daha sonra yoldaşının boğasını kəsib.

İlkin ehtimala cinayət qisas məqsədi ilə törədilib. Belə ki, qatil evdən heç bir şey götürməyib.