Leyla Əliyevanın təşəbbüsü ilə flaşmob keçirildi - Moskvada (FOTOLAR)

8 İyun 2015 14:30 (UTC+04:00)
AzNews.az APA-ya istinadən xəbər verir ki, flaşmob paytaxtın M. Qorki adına Mərkəzi Mədəniyyətlər Parkında baş tutub.

RAGB fəalları suvenir və xatirə hədiyyələrini, şar, qolbağ, üzərində "Bakı-2015" loqotipi olan gödəkcə, qələm və broşürları parkda istirahət edən paytaxt sakinlərinə paylayıblar. Onlar moskvalılara Bakıda tikilən olimpiya obyektləri, bütün Azərbaycanı diyar-diyar gəzən Avropa oyunları məşəli haqqında məlumat veriblər.

RAGB İdarə Heyətinin üzvü Emin Hacıyev APA-ya açıqlamasında bildirib ki, Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları Bakıda keçiriləcək möhtəşəm idman bayramının təbliği istiqamətində bu günə kimi bir sıra tədbirlər həyata keçirib: "Leyla Əliyevanın təşəbbüsü ilə "Bakı-2015"-ə həsr olunan Universiyada təşkil etdik. Moskvanın nüfuzlu ali məktəblərinin tələbələri bu universyiadada iştirak etdilər. Bu gün keçirilən flaşmob da "Bakı-2015"-ə dəstək layihəsi çərçivəsində baş tutub".