Gənclər Təşkilatının sədri istefa verdi

8 İyun 2015 15:40 (UTC+04:00)


Gənclər Təşkilatının sədri Tural Hüseynli səlahiyyət müddəti çatdığından təşkilat sədrliyindən istefa verdiyini bildirib. Məclis üzvləri Əsasnaməyə uyğun olaraq onu vəzifəsindən azad ediblər. Məclisin qərarı ilə növbəti konfrans 2015-ci il iyul ayının 28-nə təyin edilib. Məclis 5 nəfərdən ibarət Konfransa hazırlıq üzrə təşkilat komitəsi yaradıb və Rəhilə Məmmədli konfransa qədər sədr əvəzi seçilib.