Azərbaycanlı yol qəzasında öldü - Rusiyada

8 İyun 2015 16:35 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi yayıb.

Məlumata görə, qəza Kalmıkiyanın Çelin rayonunda qeydə alınıb.

Belə ki, Tula vilayətinin sakininin idarə etdiyi VAZ-21074 markalı minik avtomobili qarşı yola çıxıb və Dağıstan sakininin idarə etdiyi "Volvo" yük maşını ilə toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü və onun Azərbaycandan olan sərnişi həlak olub.
Hazırda qəzanın hansı səbəbdən baş verməsinin detalları araşdırılır.