Müğənnilər uşaqları sevindiriblər – FOTOSESSİYA

15 Oktyabr 2012 10:19 (UTC+04:00)
Dünən Qurban Bayramı münasibətiylə bəzi müğənnilər Ramana qəsəbəsində yerləşən 41 saylı uşaq ruhi-əsəb sanatoriyasında konsert proqramıyla çıxış ediblər. AzNews.az-ın məlumatına görə, təşkilatçılar Turanə Qasımova və Zeynəb Nuriyevanın keçirdiyi tədbirdə uşaqlar bayram əhval-ruhiyyəsində olublar.

Telejurnalistlər Vüsalə Şahvəliqızı və Tural Ozanın aparıcı olduğu tədbirdə müğənnilər Zarina Məmmədova, Ramil Xələfov, Sadiq Məmmədov, Lalə Abbasova, Elvin Abbasov, Günay Əsədullayeva, o cümlədən, "Əhli-beyt", "Abşeron" və "Avantaj" qrupu iştirak ediblər. Həmçinin, Dj Kənanın çıxışı da uşaqların ürəyincə olub. Tədbirin sonunda uşaqlar üçün süfrə açılıb və onlara hədiyyələr paylanılıb.

Fuad Mədətov
AzNews.az