Kral sarayı bacı-qardaş şahzadələrin birgə fotolarını yaydı
8 İyun 2015 21:49 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.
Fotolar uşaqların anası, Cambridge hersoginyası Catherine tərəfindən çəkilib.
Şəkillərdə Cambridge hersoqu və hersoginyasının böyük oğlu George mayın 2-də dünyaya gəlmiş bacısı Charlotte ilə birlikdə təsvir edilib.
Fotolardan birində George bacısını qucaqlayaraq alnından öpür.
Fotolar şahzadə Williams ailəsinin Londondan köçdüyü Norfolkdakı malikanəsində çəkilib.
Hersoqun ailəsi həmin malikanəyə Charlotte anadan olandan sonra köçüb və bir neçə il ərzində orada qalmaq niyyətindədir.
Həmin malikanədə uşaqlara dayə baxır.
Cambridge hersoqu və hersoqinyasının rəsmi malikanəsi sayılan Kensinqton sarayı uşaqların şəkillərini Twitter səhifəsində dərc etdirərək onların "əlahidd" olduğunu vurğulayıb.
Şəkillərin Cambridge hersoginyası Catherine tərəfindən Canon EOS 5D Mark II fotokamerası ilə çəkildiyi qeyd olunub.
Britaniya monarxiyasının səhifəsində fotoqrafçılıq Catherine-in sevimli məşğuliyyətlərindən biri kimi göstərilib.
BBC-nin kral sarayı yanında akkreditə olunmuş müxbirinin qeyd etdiyinə görə, fotolar Britaniya monarxiyasının gələcəyinə nəzər salmaq imkanı verir.
Növbəti dəfə şahzadə Williams və Catherine-in uşaqlarını iyulun 5-də Charlotte-un xaç suyuna çəkilməsi mərasimində görmək olacaq.