“Bakı-2015”də ən yüksək nəticələrə görə Mükafatlar

9 İyun 2015 09:06 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası idmançılarını və onların məşqçilərini Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən I Avropa Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədilə qərara alıram:

1. I Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:
-birinci yeri tutmuş hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;
-ikinci yeri tutmuş hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;
-üçüncü yeri tutmuş hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.

2. Komanda idman növlərində göstərilmiş ən yüksək nəticələrə görə mükafatlar aşağıdakı qaydada müəyyən edilsin:
-birinci yeri tutmuş komandanın hər bir üzvünə 15 min manat;
-ikinci yeri tutmuş komandanın hər bir üzvünə 10 min manat;
-üçüncü yeri tutmuş komandanın hər bir üzvünə 5 min manat".