Olimpiada stadionu kimə veriləcək?

15 Oktyabr 2012 10:53 (UTC+04:00)
Bu gün Londonda Olimpiada oyunlarının keçirildiyi stadionun taleyi həll olunacaq. Bu məqsədlə Londonun inkişafi ilə bağlı məsələlərlə məşğul olan xüsusi komissiyanın iclası keçiriləcək.

"Sky Sports"un verdiyi məlumata görə, stadiona bir neçə iddiaçı var. Futbol klubları olan "Best Hem" və "Leyton Orient", futbol biznesi kolleci və Londonda "Formula-1" yarışlarını kiçirməyi planlaşdıran şirkət bu siyahıdadır.

Ancaq qəbul edilən qərarın Avropa Komissiyasının futbola qanunsuz dövlət dəstəyi ilə bağlı araşdırmasının nəticələrinə təsir göstərəcəyi istisna edilmir.

Elnarə Əlosmanqızı
AzNews.az