“Bu idman yarışını da uğurla sona çatdırarıq” – Habil Əliyev

9 İyun 2015 11:36 (UTC+04:00)

Bunu AzNews.az-a xalq artisti, tanınmış kaman ifaçısı Habil Əliyev bildirib.

Sənətkar bu oyunları stadionlardan izləyə bilməyəcəyini təəssüf hissi ilə deyib: "Çünki səhhətim evdən çıxmağa imkan vermir. Hazırda həkim nəzarətindəyəm, müalicəm ev şəraitində davam edir".

Habil Əliyev əlavə edib ki, bu tədbir Azərbaycanın adını bir daha dünyaya tanıtdıracaq: "İnşallah, bu mötəbər idman yarışını da uğurla sona çatdırarıq".

Bahar RÜSTƏMLİ
AzNews.az