Türkiyədən Braziliyaya etiraz: “Qərarı pisləyirik”
9 İyun 2015 15:44 (UTC+04:00)
Türkiyənin Brazilyadakı səfiri Hüseyin Diriöz Ankaraya geri çağırılıb.
AzNews.az xəbər verir ki, bu gün isə Xarici İşlər Nazirliyi daha bir açıqlama yayıb.
Açıqlamada deyilir:
"Braziliya Senatının 1915-ci il hadisələrinə dair tarixi həqiqətləri təhrif edən və hüququ heçə sayan qərarını bir məsuliyyətsizlik nümunəsi kimi qiymətləndirir və pisləyirik. Erməni lobbisinin təsiri ilə alınan bu cür siyasi qərarların nə tarixi faktları, nə də hüquqi normaları dəyişməsi mümkündür. Bununla bağlı etiraz notası 3 iyun 2015-ci il tarixində Xarici İşlər Nazirliyinə çağırılan Braziliyanın Ankaradakı səfirinə verilib. Türkiyənin Braziliyadakı səfiri Hüseyin Diriöz də məsləhətləşmələr üçün Ankaraya çağırılıb".