Yeni ölümcül virus gəlir

15 Oktyabr 2012 11:04 (UTC+04:00)
Alimlər yeni ölümcül virus aşkarlayıblar. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, yeni ölümcül virus yaxın beş ildə sürətlə yayılacaq.

Hətta alimlər virusun dəhşətli olacağını ehtimal etdiklərindən ona "Armaqedon virusu" adı qoyublar. Ehtimala görə, virus heyvanlardan insanlara keçəcək.

Epidemiya güclü baş ağrıları, yüksək temperatur və daxili orqanlarda qan axma ilə müşahidə olunacaq ki, bu da 30 faiz halda ölüm deməkdir.

Sadiq Musa
AzNews.az