ABŞ səfiri Müsavat başqanı ilə görüşdü

9 İyun 2015 16:40 (UTC+04:00)

Görüşdə Müsavat Partiyasının başqan müavini Səxavət Soltanlı və Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı da iştirak edib.

S.Soltanlı AzNews.az-a sözü gedən görüşün səfir R.Sekutanın təşəbbüsü ilə reallaşdırıldığını deyib:
"Görüşdə qarşıdan gələn "Parlament seçkiləri-2015", Müsavat Partiyasının bu istiqamətdə hazırlıqları, Azərbaycanda ictimai-siyasi vəziyyət və Azərbaycanda seçki qanunvericiliyi ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşün əsas müzakirə mövzularından biri də Dağlıq Qarabağ münaqişəsi olub".

Bahar RÜSTƏMLİ
AzNews.az