Bakının 2 rayonunda bu gün su olmayacaq

10 İyun 2015 11:44 (UTC+04:00)

"Azərsu" ASC-dən AzNews.az-a verilən məlumata görə, Bakı şəhəri Nizami rayonu ərazisində magistral xətlərdə təmir işlərinin aparılması ilə əlaqədar bu gün ərzində Nizami və Sabunçu rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.