Güləşçilərimiz müraciət etdi: “Dəstək olun” - VİDEO

10 İyun 2015 12:07 (UTC+04:00)

AzNews.az xəbər verir ki, video müraciətdə onlar azarkeşlərə stadionlara gələrək Azərbaycan idmançılarına dəstək olmağı xahiş ediblər.

Qeyd edək ki, I Avropa Oyunları çərçivəsində güləş yarışları 13-18 iyun 2015-ci il tarixdə Heydər Əliyev adına İdman Sarayında keçiriləcək.

"Bakı-2015"in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. İyunun 15-16-da qadın güləşçilər, 17-18- iyunda isə sərbəst güləşçilər yarışacaq.