“Biz Ermənistana xəbərdarlıq etmişdik“- Təyyarə qalmaqalı

15 Oktyabr 2012 11:37 (UTC+04:00)
Ermənistan tərəfi Türkiyənin Suriyanın Hələb şəhərinə istiqamət almış təyyarənin məcburi endirilməsini tələb edəcəyi barədə əvvəlcədən məlumatlandırılmışdı.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda jurnalistlərə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Onun sözlərinə görə, fakt üzrə araşdırma aparılacaq.

Davudoğlu qeyd edib ki, təyyarənin göyərtəsində qanunsuz yük aşkar edilməyib.

AzNews.az