Qalib gələn Rio Olimpiya Oyunlarına gedəcək
10 İyun 2015 17:27 (UTC+04:00)
Bakı Avropa Oyunlarında stolüstü tenisçilər qızıl, gümüş və bürünc medallardan da böyük nəticə əldə etmək üçün mübarizə aparacaqlar.
AzNews.az xəbər verir ki, belə ki, kişilərin və qadınların təklər üzrə yarışlarının qalibləri, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar.
2012-ci il Olimpiya Oyunlarının təsnifat prosesindən sonra, BSTF Rio 2016-ya yolu asanlaşdırmaq qərarına gəlib. Bir il öncədən 28 oyunçununun beynəlxalq reytinqindən istifadə etmək əvəzinə, cəmi üç qitə çempionuna bu il belə bir imtiyaz verilir ki, onlar Rioya gedəcəklərini öncədən bilsinlər.
Birinci Avropa Oyunları Bakı stolüstü tennis üzrə təsnifat prosesinin rəsmi başlanğıc mərhələsidir. Bu proses 24 aprel 2016-ci il tarixinədək davam edəcək.
2015-ci ildə tennisçilərə Rio 2016-ya vəsiqə verəcək cəmi iki yarış olacaq: Kanadanın Toronto şəhərində keçiriləcək Pan-Amerikan Oyunları və Konqo Demokratik Respubikasının paytaxtı Brazzavildə keçiriləcək Ümumafrika Oyunları.
Bu səbəbdən, Avropanın ən güclü idmançıları Bakı 2015-də qələbə qazanaraq Rio de Janeyroya vəsiqəni təmin etməyə cəhd edirlər.
Kişilərin yarışında, Bakı İdman Zalında Avropanın 10 ən güclü tenisçisi öz bacarığını nümayiş etdirəcək, qadınların yarışında isə qitənin 7 ən güclü idmançısı yarışacaq.