Prezident məcəlləyə dəyişiklik etdi - Sərəncam

10 İyun 2015 18:05 (UTC+04:00)


"Qafqazinfo" xəbər verir ki, Məcəllənin 159-cu maddəsində ediləcək dəyişikliyin mahiyyəti yetkinlik yaşına çatmayan şəxslərlə cinsi əlaqədə olmağa görə mövcud cəzanın sərtləşdirilməsi ilə bağlıdır. Belə ki, bundan sonra on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bundan əlavə, Məcəllənin 152.2-ci bəndində qeyd edilir ki, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə —üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmçinin, Məcəlləyə "yetkinlik yaşına çatmayanın valideynləri və ya üzərinə qanunla yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi qoyulmuş digər şəxslər və ya yetkinlik yaşına çatmayanlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə" məzmununda 171.2.3-cü maddə əlavə edilib.