Rusiyanın sarışın naziri tutuldu – Rüşvət qalmaqalı

11 İyun 2015 09:56 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı İnterfaks agentliyi yayıb.

Məlumata görə, bu ilin aprel ayında Saxalin vilayətinin qubernatorunun katibliyinin rəhbəri vəzifəsini icra edən Kotova öz komandası ilə birgə istefaya göndərilmişdi. Bundan öncə isə o, regionda İnvestisiya Nazirliyinə rəhbərlik edib.

Yekaterina Kotova rüşvət maddəsilə ittiham edilir.

Qeyd edək ki, Saxalin vilayətinin qubernatoru Aleksandr Xoroşavin, kənd təsərrüfatı naziri Nikolay Borisov və vilayət administrasiyasının bir neçə məmuru da rüşvət qalmaqalına görə həbs edilib.