Avstraliya baş nazirindən təklif: “İŞİD-ə qarşı yalnız vuruşmaq lazımdır”

11 İyun 2015 13:32 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Məlumata görə, Tony Abbott bu bəyanatla 25 bölgə ölkəsinin iştirakı ilə Sidneydə keçən regional təhlükəsizlik konfransında çıxış edib.

Tədbirə həmçinin Google, Facebook, Twitter və digər şirkətlərin nümayəndələri də qatılıblar.

Tony Abbott deyib ki, "Təslim ol, ya öl!" messajını verən İD qruplaşması ilə danışıqlar aparmaq mümkün deyil və ona qarşı yalnız vuruşmaq olar.


Avstraliya 100-dən artıq vətəndaşının İraq və Suriyadakı cihadçı qrupunun sıralarında olduğunu bildirir.

Koalisiya qüvvələrinin hava hücumlarına rəğmən İD İraq və Suriyada bir neçə mühüm məntəqəni ələ keçirməyə nail olub.